Azərbaycanın gələcək kosmik texnologiya liderlərini yetişdirəcək təlimə qeydiyyatdan keçin!
Agentliyimiz, “Israel Aerospace Industries” və Azərkosmosun birgə təşkilatçılığı və İsrailin innovasiya sahəsində qabaqcıl təhsil institutu olan “Holon” Texnologiya İnstitutunun dəstəyi ilə həyata keçirilən bu 7 həftəlik intensiv proqram iştirakçılara ölkənin sürətlə böyüyən texnologiya və startap ekosistemində lider olmaq üçün bir qapı açır.
Proqram iki əsas hissədən ibarətdir:
4 həftəlik “İnnovasiya və sahibkarlıq” təlimləri;
3 həftəlik “Peyk innovasiyaları və tətbiqləri” modulu.
Seçim mərhələsini uğurla keçən namizədlər üçün tamamilə ödənişsiz olan bu proqram dünya səviyyəli ekspertlərdən təlim almaq, real layihələr üzərində təcrübə toplamaq və beynəlxalq səviyyəli sertifikat əldə etmək imkanı yaradır.
Seçilmiş iştirakçılar 2026-cı ildə inkubasiya və akselerasiya mərhələlərində iştirak imkanı qazanacaqlar.
Proqram kimlər üçündür?
STEM və İT yönümlü ali təhsil müəssisələrinin yüksək nəticəli məzunları və ya son kurs tələbələri;
1– 5 il iş təcrübəsi olan gənc mütəxəssislər (STEM və İT sahələri üzrə);
Texnologiyaya və innovasiyaya marağı olan şəxslər;
Yüksək ingilis dili biliyinə sahib olanlar.
Qeyd edək ki, iştirakçılar həftədə 4 gün (bazar ertəsi – cümə axşamı), gündə 6–8 saat proqramda fiziki olaraq iştirak etməlidir.
Təlim dili: İngilis
Son müraciət tarixi: 7 dekabr, 2025