Cari ilin 7-8 oktyabr tarixlərində Bakı şəhərində 2-ci beynəlxalq Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçiriləcək. Forumda könüllü olmaq istəyənlər qeydiyyatdan keçə bilərlər.
AZHAB könüllüsü olmaqla nə əldə edirsiniz?
Komanda ilə işləmə və ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək;
Peşəkar komanda ilə beynəlxalq layihənin təşkil edilməsi və idarəetməsində yaxından iştirak etmək;
Təcrübə qazanmaq;
Xarici dil bacarıqlarını inkişaf etdirmək;
Könüllülər üçün nəzərdə tutulan xüsusi təlimdə iştirak etmək;
Azərbaycanın beynəlxalq arenada təbliğinə töhfə vermək;
Yeni insanlarla, xüsusilə nüfuzlu elm adamları, siyasətçilər, sahə üzrə beynəlxalq ekspertlərlə tanış olmaq imkanı;
Könüllü sertifikatı ilə təltif olunmaq;
AZHAB könüllüləri platformasının bir hissəsi olmaq.
Müraciət et
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.