AzTU-da Magistratura şöbəsinin müdiri vəzifəsinə vakansiya elan olunur

 

Azərbaycan Texniki Universitetinin Yüksək Təhsil İnstitutunun Magistratura şöbəsinin müdiri vəzifəsinə vakansiya elan olunur.

 

Əsas vəzifələr

Strateji idarəetmə

·Magistratura təhsilinin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;

·Fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqi;

·Qəbul nəticələrinin və inkişaf tendensiyalarının təhlili;

·Yeni akademik təşəbbüslərin və inkişaf layihələrinin hazırlanması.

Akademik proseslərin idarə olunması

· Magistratura səviyyəsində tədris prosesinin koordinasiyası;

·Akademik yüklərin planlaşdırılması;

·Tədris planlarının və akademik təqvimin icrasına nəzarət.

 

Tələbə xidmətləri

·Magistrantlara göstərilən xidmətlərin təşkili və təkmilləşdirilməsi;

·Tələbə müraciətlərinin operativ və keyfiyyətli cavablandırılmasının təmin edilməsi;

·Təhsil sənədlərinin hazırlanmasına və düzgün rəsmiləşdirilməsinə nəzarət.

Sənəd dövriyyəsi və normativ iş

·Fərdi tədris planlarının hazırlanması və icrasının təşkili;

·Transkript, diplom və akademik arayışların rəsmiləşdirilməsi;

·Akademik məzuniyyət, bərpa, köçürülmə və digər akademik prosedurların qanunvericiliyə uyğun həyata keçirilməsi.

Analitika və rəqəmsallaşdırma

·Hesabatların və analitik dashboardların hazırlanması;

·Akademik məlumatların təhlili və qərarvermə prosesində istifadəsi;

·Rəqəmsal idarəetmə sistemləri və süni intellekt həllərinin tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi.

 

Namizədə dair tələblər:

·Magistr səviyyəsində ali təhsil;

·Müvafiq sahə üzrə elmi dərəcə və elmi ad üstünlükdür;

·Ali təhsil müəssisəsində akademik və ya inzibati idarəetmə sahəsində iş təcrübəsi;

·Ali təhsil sahəsində normativ-hüquqi sənədlər üzrə bilik;

·Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;

Reklam

·MS Office proqramlarını, xüsusilə MS Excel-i peşəkar səviyyədə bilmək;

·AOİTİS, portal.edu.az və digər rəqəmsal idarəetmə platformaları ilə işləmək bacarığı;

·Analitik düşüncə, liderlik və komanda idarəetmə bacarıqları.

 

Namizəddən gözləntilər

·Magistratura təhsilinin inkişafı ilə bağlı strateji baxış təqdim etmək;

·Analitik qərarvermə və nəticəyönümlü idarəetmə yanaşması nümayiş etdirmək;

·KPI-ların hazırlanması və monitorinqini təşkil etmək;

·Dəyişikliklərin idarə olunması və proseslərin davamlı təkmilləşdirilməsinə rəhbərlik etmək;

·Yüksək peşə etikası və məsuliyyət prinsiplərinə uyğun fəaliyyət göstərmək.

 

Seçim prosesi

Seçim aşağıdakı mərhələlər üzrə həyata keçiriləcək:

·Təqdim edilmiş sənədlərin ilkin qiymətləndirilməsi;

·Konseptual təqdimatın qiymətləndirilməsi;

·Müsahibə mərhələsi.

 

Qiymətləndirmə strateji düşünmə, akademik idarəetmə təcrübəsi, analitik yanaşma, liderlik və təqdimat bacarıqları əsasında aparılacaq.

 

Müraciət qaydası

Namizədlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

·CV;

·Magistratura təhsilinin inkişafı ilə bağlı strateji baxış.

Sənədlər "Magistratura şöbəsinin müdiri" mövzusu qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 31.08.2026

Qeyd:

·Müraciətlər daxil olduqca qiymətləndiriləcək.

·Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

·Universitet uyğun namizəd müəyyən edildiyi təqdirdə vakansiyanı son müraciət tarixindən əvvəl bağlamaq hüququnu özündə saxlayır.

·Əməkhaqqı namizədin peşəkar təcrübəsi, səriştəsi və müsahibə nəticələri nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.