Azərbaycan Texniki Universitetində (AzTU) Maşınqayırma texnologiyası kafedrasına kargüzar vəzifəsinə vakansiya elan olunur. 

 

Tələblər:

· Ali təhsil

· Təhsil sahəsində ən azı 1 il  iş təcrübəsi;

· Kargüzarlığın aparılmasına dair qanundan xəbərdar olmaq;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;

· Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı, rus və ingilis dili biliyi üstünlükdür;

· Rəsmi sənədlərin tərtib olunması və arxivləşdirilməsi qaydaları haqqında biliklər;

· Statistika və hesabatların hazırlanması bacarığı;

· Koordinasiya etmək bacarığı. 

 

Vəzifə öhdəlikləri:

· Strukturun fəaliyyətinə uyğun sənədləşmələrin aparılması;

· Sənədlərin sistemə işlənilməsi və müraciətlərin vaxtında cavablandırılması;

· Sənədlərin aidiyyəti strukturlardan təhvil alınması;

· Daxil olan sənədləri qeydiyyata alıb aidiyyəti üzrə icraya yönəltmək;

· Daxili sənəd dövriyyəsini təmin etmək;

· Sorğuların təqibini aparmaq və hesabatlar vermək;

· Görülən işlərlə bağlı hesabatların hazırlanması;

· Sənədləri iş qovluğuna yerləşdirərkən onların tam və düzgün tərtib edilməsini təmin etmək;

· Sənədlərin göndərilməsini təşkil etmək və icra müddətinə nəzarət etmək;

· Digər kargüzarlıq işlərinin icrası. 

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 06.10.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.