AzTU Iqtisadiyyat və təminat şöbəsinə “Böyük mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir Tələblər: ·Ali təhsil; ·Satınalmalar üzrə 2-3 illik iş təcrübəsi; ·Azərbaycan dilində səlis yazmaq, oxumaq və danişmaq, upper-intermediate səviyyəsində ingilis dili; ·“Microsoft Office” proqramlarından istifadə bacarığı; ·Güclü analitik qabiliyyətlər, problem həll etmə və əməkdaşlıq bacarıqları; ·Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları; ·Nəticə yönümlülük; ·Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək; ·Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat; ·Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması Vəzifə üzrə öhdəliklər: ·Müəssisənin Satınalma Prosedurlarına, təlimatlarına və s digər əlaqəli qaydalara riayət olunması; ·Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yenilənməsi; ·Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili; �
�Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə və standartlara uyğun şəkildə təchiz edilməsi; ·Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsi; ·Müqavilə üzrə və habelə satınalmanın həyata keçirilməsi üçün əlaqəli şöbələrlə işlərin və sənəd dövriyyəsinin operativ və düzgün şəkildə təşkil etməsini edilməsi; ·Təklif olunan qiymətlərin müqayisə cədvəlinin hazırlanması və uyğun tədarükçüdən malların alınması; ·Sifariş və xərclərini əsaslandırılması, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunun təmin edilməsi; ·İllik satınalma planının hazırlanmasına dəstək göstərilməsi; ·Təchizat tələbatları üzrə risklərin müəyyən edilməsi və təkliflərin hazırlanması; ·Periodik hesabatların tələb olunan formatda, interval və müddətdə müəssisə rəhbərliyinə təqdim olunması; · İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-17:30 Əmək haqqı: 700 AZN gross Deadline: 10.11.2021 Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini[email protected]elektron ünvanına mövzu yerinə “böyük mütəxəssis” qeyd etməklə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.