Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinə mütəxəssis vəzifəsinə vakansiya elan olunur. 

 

Tələblər: 

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;

· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;

· Azərbaycan dilini səlis bilmək (ingilis və rus dili arzuolunandır);

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;

· “Təhsil haqqında” Qanun, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin və onun nəzdində olan qurumların aidiyyəti sənədləri barədə məlumatlı olmaq;

· Yüksək məsuliyyət, dəqiqlik və operativlik;

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı.

 

 Əmək funksiyaları:

· Fakültənin inzibati və akademik fəaliyyətinin təşkili və koordinasiyasında iştirak etmək;

· Dekan və dekan müavinlərinin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək;

· Fakültə üzrə hesabatların, rəsmi yazışmaların və statistik məlumatların hazırlanmasında iştirak etmək;

· Tədris planları, dərs cədvəlləri və imtahan qrafiklərinin hazırlanmasında dəstək göstərmək;

· Fakültə üzrə tədbirlərin (elmi, tədris, ictimai) təşkili və həyata keçirilməsində iştirak etmək;

· Daxili sənəd dövriyyəsinə, arxivləşdirmə işlərinə və məlumat bazalarının yenilənməsinə nəzarət etmək;

· Məşğul olduğu sahə üzrə tədris metodiki və hüquqi sənədlərin hazırlanması işini həyata keçirmək.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix: 15.11.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.