AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir
Azərbaycan Texniki Universitetində (AzTU) həyata keçirilən SABAH proqramlarında tədrisin yüksək keyfiyyətlə təşkili məqsədilə 2026/2027-ci tədris ilində müvafiq ixtisaslar və fənlər üzrə professor-müəllim heyətinin işə qəbulu üçün vakansiya elan edilir.
SABAH proqramlarına tədrisə cəlb edilən professor-müəllim heyətinin əməyinin stimullaşdırılması məqsədilə onların əmək haqqı və dərs yükünə görə ödənişləri universitet üzrə tətbiq olunan mövcud əmək haqqıdan daha yüksək məbləğdə müəyyən ediləcək.
Müraciət üçün son tarix: 19.06.2026
Bakalvriat səviyyəsi üzrə fənlərin siyahısı
İxtisas: Kompüter mühəndisliyi
1. Alqoritmin analizi və hazırlanması üsulları
2. Müasir proqramlaşdırma dilləri
3. Kompüter arxitekturası
4. Verilənlərin strukturu və alqoritmlər
5. Verilənlər bazası sistemləri
6. Əməliyyat sistemləri
İxtisas: İnformasiya təhlükəsizliyi
1. Active Directory təhlükəsizliyi
2. Şəbəkələrin təhlükəsizliyi
3. Veb təhlükəsizlik
4. SOC mühəndisliyi
5. Kompüter şəbəkələri
6. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri
İxtisas: İnformasiya texnologiyaları
1. Kompüter arxitekturası
2. Proqramlaşdırma texnologiyaları
3. Mikroprosessor əsaslı sistem layihələri
4. Sənaye Əşyaların İnterneti (IIoT)
5. İT layihələrin idarə edilməsi
İxtisas: Kompüter elmləri
1. Differensial tənliklər
2. Diskret riyaziyyat
3. Analitik həndəsə
4. Riyazi analiz-2
5. Dövrələr nəzəriyyəsi
6. Ehtimal nəzəriyyəsi
7. Ehtimal nəzəriyyəsi və riyazi statistika
8. Ədədi üsullar-1
9. Ədədi üsullar-2
10. Tətbiqi riyaziyyat
İxtisas adı: Kimya mühəndisliyi
1. Kimyəvi termodinamikanın əsasları
2. Kütlənin və istiliyin transferi
3. Maye mexanikası
4. Üzvi kimya
5. Texniki layihələndirməyə giriş
Ümumi fənlər
1. Xarici dildə işgüzar və akademik kommunikasiya
2. Azərbaycan tarixi
3. Fəlsəfə
4. Mülki müdafiə
Magistratura səviyyəsi üzrə fənlərin siyahısı
İxtisas: Kompüter elmləri (Computer science) - (Azərbaycan və ingilis bölməsi)
1. Rəqəmsal transformasiya və dayanıqlı inkişaf — BPMN/Visio, Power BI; SDG ölçüləri
2. Elektron hökumət arxitekturası və sistemləri
3. Ağıllı şəhər texnologiyaları və şəhər analitikası
İxtisas: Kompüter mühəndisliyi (Computer Engineering)
1. Tədqiqat analtikası (Research analytics) - (Azərbaycan və ingilis bölməsi)
2. Şəbəkə Protokolları və arxitekturu (Network Protocols and Architecture)
3. Təhlükəsiz Sistemlər Mühəndisliyi (Secure Systems Engineering)
4. Şəbəkə Sistemləri üçün Maşın Öyrənməsi (Machine Learning for Networked Systems)
İxtisas adı: İnformasiya texnologiyaları (Information Technology)
1. Data analitika və süni intellektin tətbiqləri — Python (pandas), Jupyter, Power BI/ Tableau (ixtisasa uyğun) - (Azərbaycan və ingilis bölməsi)
2. Əşyaların İnterneti (İoT) sistemləri (Internet of Things (IoT) Systems)
3. İnformasiya təhlükəsizliyinin idarə edilməsi (Cybersecurity Management)
4. Rəqəmsal müəssisələr üçün süni intellekt (Artificial Intelligence for Digital Enterprises)
İxtisas: İnformasiya təhlükəsizliyi (Information security) - (ingilis bölməsi)
1. İnformasiya təhlükəsizliyi layihələrinin idarə edilməsi
2. Nüfuzetmə sınaqlarının əsasları
3. Təhdid aşkarlama və cavab texnologiyaları
4. Kibertəhlükəsizlikdə generativ süni intellekt
- Qeyd edilən tələblərə uyğun namizədlər "Tələblər" bölməsindən vəzifə öhdəlikləri ilə tanış ola bilərlər;
- Müraciət etmək üçün "Müraciət formasını" bölmələr üzrə tam doldurmağınız tələb olunur;
- Müsabiqədə iştirak etmək istəyən müraciətçilər CV məlumatlarını [email protected] ünvanına göndərməlidirlər;
- Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;
- Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq;
- Bu seçim müvafiq fənn üzrə yalnız 2026/2027-ci tədris ili üçün nəzərdə tutulur.