B2B Satış üzrə Təcrübəçi Proqramı
Reanda Azerbaijan komandamıza B2B Sales Intern (Korporativ Satış üzrə Təcrübəçi) vəzifəsi üzrə yeni komanda üzvləri axtarır.
Bu 2 aylıq təcrübə proqramı B2B satış, müştəri əlaqələrinin idarə edilməsi və biznes danışıqları sahəsində praktiki təcrübə qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulub.
Proqram çərçivəsində namizəd:
B2B və korporativ satış proseslərində praktiki təcrübə əldə edəcək;
Potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin qurulmasında iştirak edəcək;
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və biznes təkliflərinin hazırlanması prosesini öyrənəcək;
Satış və danışıqlar bacarıqlarını inkişaf etdirəcək;
Beynəlxalq audit şirkətinin peşəkar iş mühitində fəaliyyət göstərəcək.
Proqramın uğurla tamamlanması
Təcrübə proqramını uğurla başa vuran və proqram müddətində ən azı 2 şirkətlə müqavilə bağlayan namizədlərə beynəlxalq sertifikat təqdim olunacaq.
Bununla yanaşı, proqramın tələblərini uğurla yerinə yetirən namizədlər üçün Reanda Azerbaijan komandasında çalışma imkanı yaradılacaq.
İş qrafiki:
Həftə içi 5 gün
09:00–18:00
Dress Code:
İş mühitinə uyğun klassik/business dress code tələb olunur.
Müraciət üçün:
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.