B2YOUTH layihəsinə qeydiyyat başladı! 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən B2YOUTH layihəsi gənclərin aqrar sahə ilə daha yaxından tanış olması və bu sahədə yeni bilik və təcrübə qazanması məqsədilə təşkil olunur.

 

Layihə çərçivəsində iştirakçılar:

Aqrar sahədə biznes təlimlərində iştirak edəcək;

 Kənd təsərrüfatı sahələrinə ekskursiyalar zamanı real iş prosesləri ilə tanış olacaq;

 Təcrübəli sahibkarlarla görüşlər keçirərək onların fəaliyyətləri haqqında məlumat əldə edəcəklər.

 

B2YOUTH gənclərə aqrar sahədə yeni imkanları kəşf etmək, biliklərini artırmaq və fərqli təcrübələr qazanmaq üçün imkan yaradır.

 

 Qeydiyyat üçün müraciət linki.

 

Sən də qeydiyyatdan keç, B2YOUTH-da yerini al

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.