Bakı Ali Neft Məktəbinin nəzdində Rəqəmsal Biliklər Liseyinin loqosunun hazırlanması üzrə müsabiqə elan edilir.

 

Müsabiqənin şərtləri:

 

• Müsabiqədə bu sahədə bacarıqlı olan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər;

• Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;

• Loqoda liseyin adı aşağıdakı kimi qeyd olunmalıdır:

Azərbaycan dilində: “Rəqəmsal Biliklər Liseyi”,

İngilis dilində: “The Lyceum of Digital Knowledge”

• Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;

• Təqdim olunan eskizlər yeni olmalıdır;

• Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;

• Loqonun mənası liseyin adı və təhsil istiqaməti ilə bütünlük təşkil etməlidir;

• Loqo digər loqoların oxşarı olmamalı, onların komponentlərinə uyğun gəlməməlidir;

• Loqo nümunələri *jpeg, *png, *pdf, *ai və ya *cdr formatında təqdim olunmalıdır;

• Rəqəmsal Biliklər Liseyinın loqo müsabiqəsinə göndərilmiş loqo eskizləri bu sahənin ekspertlərindən formalaşdırılmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

• Qaliblər üçün ayrılmış mükafat fondu aşağıdakı kimidir:

I Yer – 1000 manat; II Yer – 500 manat; III Yer – 250 manat.

 

Eskizlərin qəbulu üçün son tarix: 30 oktyabr 2025-ci il, saat 18:00. 

Hazırlanan loqo nümunələrinin [email protected] e-poçt ünvanına göndərilməlidir.

Qeyd: ​Rəqəmsal Biliklər Liseyi qalib gəlmiş loqonu istənilən tərzdə promo və çap məhsullarında, eləcə də sosial medya və elektron yayım vasitələrində istifadə etmək hüququnu özündə saxlayır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.