Əgər insanlarla peşəkar və nəzakətli ünsiyyət qurmağı bacarırsansa, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar verə bilir və komanda daxilində fəal şəkildə işləməyi sevirsənsə, bu iş sənin üçündür!

Biz kimləri axtarırıq?

•    20-30 yaşarası namizədlər 

•    Orta ixtisas və ya ali təhsil 

•    Azərbaycan dilində səlis danışıq və yazı bacarığı

•    “MS Office” proqramlarında sərbəst işləmək bacarığı

•    Əlaqə mərkəzi proqram təminatı ilə işləmək bacarığı 

•    Əlaqə mərkəzi sahəsində təcrübə üstünlükdür

•    Rus və ya ingilis dillərindən birini yaxşı səviyyədə bilmək vacibdir

 

Tələb olunan bacarıq və keyfiyyətlər: 

* Yüksək danışıq və dinləmə qabiliyyəti

* Emosional intellekt və səbir

* Nəzakətli və mehriban danışıq tərzi

* Konfliktlərin idarə olunması bacarığı

* Növbəli iş rejimində işləməyə hazır olmaq

* Gərgin və stresli iş şəraitinə uyğunlaşmaq

* Məsuliyyətli, diqqətli və operativ qərarvermə qabiliyyəti

* Komandada işləmə bacarığı

* Məlumatı tez mənimsəmə bacarığı

 

Metropoliten Sizə nə təklif edir?

* Sabit və etibarlı iş mühiti

* Peşəkar komandada inkişaf imkanları

* Rəqabətli əməkhaqqı

* Metropolitendən ödənişsiz istifadə imkanı

* Nahar (güzəştli)

* Sağlamlıq və psixoloji dəstək xidmətləri

Müraciət üçün:

Bakı Metropoliteninin [email protected] e-mail ünvanına mövzu hissəsində "Əlaqə Mərkəzi mütəxəssisi" qeyd etməklə CV göndərin.

 

Müraciət üçün son tarix: 31 avqust 2025

Uğurlar!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.