Bakı Metropoliteni Hərəkət xidməti üzrə peşə təcrübəsi proqramı elan edir.
Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Sərnişinlərlə işləmək, metro həyatını yaxından tanımaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!
Proqram sizə nə qazandıracaq?
3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim;
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
Təcrübə dövründə aylıq əməkhaqqı;
Təcrübənin sonunda davamlı işə qəbul imkanı;
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı.
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gənclər;
Təhsili nəqliyyat və sərnişindaşımaların təşkili üzrə olan məzunlar;
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı
Ətraflı müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Müraciət üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 09 iyul 2026-cı il