Bakı Psixologiya Mərkəzi qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
Adobe Photoshop, Adobe Illustrator və digər dizayn proqramları üzrə yüksək səviyyədə bilikləri olmalıdır.
Effektiv ünsiyyət bacarığı
Kreativ düşüncə qabiliyyəti
Komandada işləmək bacarığı
Məsuliyyətli, səbirli və çevik
Detallara qarşı diqqətlilik
Vəzifə öhdəlikləri:
Sosial mediada paylaşmaq üçün vizual cəhətdən cəlbedici və maraq oyadacaq dizaynda postların hazırlanması;
Flayer, banner və digər çap materialları üçün dizaynların hazırlanması.
İş şəraiti:
İş qrafiki: Həftəiçi 5 gün, saat 10:00-18:00
Əməkhaqqı: Razılaşma əsasında
Vakansiyaya müraciət üçün portfolio və CV formanızı [email protected] elektron poçt ünvanına noyabrın 30-dək göndərməyiniz xahiş olunur.