Bank of Bakunun İnsan resursları departamenti ödənişsiz təcrübə proqramı elan edir. Proqrama kimlər müraciət edə bilər? ·İqtisadiyyat/Maliyyə/Hüquq/İdarəetmə sahələrində ali təhsil almış şəxslər; ·Azərbaycan dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına, ingilis dili üzrə yaxşı (intermediate) səviyyədə biliklərə malik olanlar; ·MS Office proqramları, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı olanlar; ·Analitik düşünmə qabiliyyətinə malik olan şəxslər; ·Operativ, təşəbbüskar, komanda ilə işləmək bacarığı olan və öyrənməyə, özünü inkişaf etdirməyə həvəsi olan gənclər. Əsas vəzifə və öhdəliklər ·Komanda ilə birgə cari tapşırıqların yerinə yetirilməsi; ·Məlumat bazalarının hazırlanması; ·Komanda ilə birgə Personal uçotu əməliyyatlarına aid təhlillərin edilməsi; ·İşə qəbul prosesində iştirak, məlumat bazalarının formalaşdırılmasına dəstək; ·Yeni həyata keçiriləcək İnsan
resursları layihələrində iştirak. Proqramdan əldə edəcəkləriniz: ·İnsan resursları sahəsi üzrə əməliyyatları praktiki tətbiq etmək bacarığı; ·İşə qəbul prosesini öyrənmək və tətbiq etmək; ·İnsan resursları ilə əlaqədar fərqli məlumat bazalarının formalaşdırılması üzrə təcrübə; ·İnsan resursları sahəsində rəsmiləşdirmə əməliyyatlarını öyrənmək və tətbiq etmək; ·İnsan Resursları ilə bağlı müxtəlif layihələrdə iştirak etmək. oİş yeri: Baş İdarə oİş vaxtı: 5 iş günü, 09:00-18:00 MÜRACİƏT QAYDASI Müraciət etmək istəyən namizədlər Bank of Baku saytında, vakansiyalar hissəsindən “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-lərisubject bölməsində İnsan Resursları Departamenti – Təcrübə proqramı qeyd etməklə[email protected]mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.