Bankçılıqda ilk peşəkar addımını atmağa hazırsan?
Bakı Peşə Hazırlığı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yeni təcrübə proqramına start veririk!
“Müştərilərə satış və xidmət üzrə təcrübə proqramı” ilə müştəri xidməti, satış və bank məhsulları üzrə real iş təcrübəsi qazan, biliklərini praktikada artır.
İş haqqında
Öyrənəcəyiniz işlər:
Korporativ və pərakəndə müştərilərlə iş proseslərini öyrənmək;
Bank məhsul və xidmətləri, onların müştərilərə təqdim edilməsi və satışı ilə tanış olmaq;
Yeni müştərilərin banka cəlb edilməsi prosesində iştirak etmək;
Müştəri sorğularının aidiyyəti struktur bölmələrlə koordinasiya olunması və prosesin təqibini öyrənmək;
Müştəri müraciətlərinin idarə edilməsi və yarana biləcək məsələlərin həlli prosesində iştirak etmək;
Müştəri portfelinin idarə edilməsi və gecikmələrin ilkin təqibi ilə bağlı praktiki biliklər əldə etmək;
Satış hədəfləri ilə işləmə və nəticəyönümlü fəaliyyət prinsiplərini öyrənmək.
Bizim üçün uyğun namizəd:
İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə ali təhsilə;
Azərbaycan dilində səlis danışıq (rus və ingilis dili biliyi üstünlükdür) qabiliyyətinə;
Bank və maliyyə sektorunda karyera qurmağa;
Güclü ünsiyyət və komandada işləmək bacarığına;
Öyrənməyə və yeni biliklər əldə etməyə;
Müştəriyönümlü və nəticəyönümlü yanaşmaya;
Satış sahəsinə marağa və yüksək motivasiyaya sahib olan;
Dinamik iş mühitinə uyğunlaşa bilən;
Məsuliyyətli, təşəbbüskar və diqqətli olan şəxsdir.