Bakı Ali Neft Məktəbinin (BANM) Tədris işləri və akademik qeydiyyat şöbəsində vakant vəzifə üzrə işə qəbul elan olunur.
- Vəzifə: Metodist
- İş yeri: Bakı Ali Neft Məktəbinin kampusu
- İş qrafiki: Həftədə 5 gün (bazar ertəsi – cümə)
- İş saatları: 09:00 – 18:00
- İstirahət günləri: Şənbə və bazar
Namizədlərə tələblər:
- Ali təhsil;
- Ali təhsil müəssisələrində tədris sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- İngilis və/və ya rus dili biliyi (ən azı B1 səviyyəsində);
- Təhsil qanunvericiliyini bilməli;
- Rəsmi sənədləşmə bacarıqları (əmr, təqdimat, rəsmi məktubların hazırlanması);
- Dəqiq, intizamlı və məsuliyyətli olmaq;
- MS Office proqramlarında işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq kargüzarlıq işlərinin aparılması, tələbələrin şəxsi işlərinin və sənədlərinin düzgün saxlanılması və vaxtında arxivə təhvil verilməsi;
- Şöbəyə daxil olan və şöbədən göndərilən sənədlərin qeydiyyatının aparılması və icra müddətlərinə nəzarət;
- Arayışların, çıxarışların, plan və digər rəsmi sənədlərin hazırlanması;
- Yerinə yetirilmiş sənədlərin sistemləşdirilməsi və işlərin klassifikasiyasının aparılması;
- Tədris məsələləri üzrə əmr və sərəncamların dekanlıqların və kafedraların nəzərinə çatdırılması, icrasına nəzarət;
- Dövlət təhsil standartlarına uyğun olaraq tədris planlarının və əlaqədar sənədlərin hazırlanması;
- Yeni qəbul olunmuş tələbələrin qeydiyyat prosesinin həyata keçirilməsi, şəxsi işlərinin formalaşdırılması və müvafiq informasiya sistemlərinə daxil edilməsi;
- Kafedralar üzrə dərs yüklərinin hesablanması və bölgüyünə nəzarət;
- Tədris və istehsalat təcrübələri ilə bağlı əmrlərin layihələrinin hazırlanması;
- Tələbə və professor-müəllim heyətinə dair tədrislə bağlı əmrlərin layihələrinin tərtib edilməsi;
- Semestrlər üzrə imtahan cədvəllərinin hazırlanması;
- Tədris-metodiki işlərin təşkili məqsədilə digər struktur bölmələrlə səmərəli əməkdaşlığın qurulması.
Azərbaycan ali təhsil müəssisələrində tədris işləri üzrə şöbələrdə iş təcrübəsi olan namizədlər müraciət edə bilərlər.
Müraciət qaydası: Tələblərə uyğun namizədlər CV-lərini “Metodist” mövzu sətri ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 25 dekabr 2025-ci il