Barattson “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri:
-Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;
-Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
-SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
-Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə olunması;
-Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
-Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;
-Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;
-Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;
-Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;
-Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;
-PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
-Marketinq komandasını peşəkarcasına idarə etmək və kreativ mühit yaratmaq;
-Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əsas tələblər:
-Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
-Marketinq menecer/rəhbər üzrə ən azı 3 il iş təcrübəsi;
-Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
-Biznes danışıqları aparmaq bacarığı;
-Marketinq plan və büdcə hazırlama bacarığı;
-Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandı;
-Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı;
-Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli;
-Stratejik düşünmə və analitika bacarığı;
-Çevik işləmək bacarığı.
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq şöbəsinin rəhbəri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 1 May 2026 cı il.