Baş mühasib (Supermarket) vakansiyası
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək
İş yeri: “Melissa Group” (Baş ofis)
Vəzifə öhdəlikləri:
• Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
• Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.)
• Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu
• Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması.
• Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması
• Vergi və əmək qanunvericiliyinin tətbiqi
• Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
• Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək.
• Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək.
• Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək.
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
Vəzifə ilə bağlı tələblər:
· Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
· Supermarket və ya pərakəndə satış sahəsində baş mühasib kimi minimum 1 il iş təcrübəsi olmaqla ümumi minimum 3 il iş təcrübəsi ;
· Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
· Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
· Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;
· Peşəkar Mühasib Sertifikatı;
· Komandada işləmə bacarığı;
Uyğun namizədlər CV-lərini [email protected] mail ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.