Böyüyən supermarket şəbəkəmizdə maliyyə proseslərini peşəkar şəkildə idarə edəcək, hesabatlılıq və nəzarət mexanizmlərini gücləndirəcək təcrübəli "Baş Mühasib" axtarışındayıq.
Vəzifə öhdəlikləri:
• Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
• Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);
• Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;
• Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;
• Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması;
• Vergi və əmək qanunvericiliyinin tətbiqi;
• Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək;
• Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək;
• Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;
· Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
Vəzifə ilə bağlı tələblər:
· Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
· Supermarket və ya pərakəndə satış sahəsində baş mühasib kimi minimum 1 il iş təcrübəsi olmaqla ümumi minimum 3 il iş təcrübəsi;
· Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
· Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
· Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;
· Peşəkar Mühasib Sertifikatı;
· Komandada işləmə bacarığı.
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək
İş yeri: “Melissa Group” (Baş ofis)
Karyeranı inkişaf etdirmək və güclü komandanın bir parçası olmaq üçün müraciət et!
Uyğun namizədlər CV-lərini [email protected] mail ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.