"Baş mühasib" vakansiyası
Sosial Xidmətlər Agentliyi ndə "Baş mühasib" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Maraqlanan şəxslər mövzu hissəsində "Baş mühasib" qeyd etməklə CV -lərini [email protected] elektron poçtuna göndərərək müraciət edə bilərlər.
İş qrafiki: 5 gün
İş yeri: Sumqayıt, Bakı (Şüvəlan)
Vakansiya barədə ətraflı məlumat
Vəzifə öhdəlikləri:
Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- Baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılması, müəssisə üzrə gəlir və xərclər uçotunun aparılması, bu barədə aylıq hesabatların işlənilməsi, xərclərin təyinata uyğun aparılması, habelə, maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması;
- Əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə uyğun hesablanması və ödənişinin təmin edilməsi;
- Müəssisə üzrə maliyyə uçotunun aparılması və bu barədə aylıq hesabatların işlənilməsi, təyinatına uyğun xərclərin aparılması və onların ilkin uçot sənədləri əsasında işlənməsinin təmin edilməsi;
- Müəssisənin maliyyə göstəricilərinə əsasən statistika, vergi hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi;
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-1 maddəsinin tələblərinə uyğun maliyyə hesabatlarının mühasibat uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil (Maliyyə və Mühasibatlıq sahələri üzrə)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- “Microsoft Office” proqramları (yaxşı səviyyədə, xüsusilə Excel) və 1C 8.3
- MHBS səviyyəsində Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləqdir.