Ümumi təhsil müəssisəsində çalışmaq üçün peşəkar və bu sahədə təcrübəyə malik Baş mühasib axtarılır.
Namizədə dair tələblər:
· Maliyyə-mühasibat işi üzrə azı 2 il əmək stajı;
· Baş mühasib vəzifəsində azı 1 il iş təcrübəsi;
· Mühasibat uçotu, vergi və əmək qanunvericiliyi üzrə biliklər;
· 1C proqramı üzərindən əməkhaqqının hesablanması və müvafiq tutulmaların aparılması üzrə praktiki biliklər;
· Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməkhaqqı əməliyyatlarının ƏMAS üzərindən aparılması bacarığı;
· Mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
· MS Excel və digər müvafiq ofis proqramları ilə işləmək bacarığı.
Təhsil:
· İqtisadiyyat ixtisas qrupu üzrə orta ixtisas təhsili ( bu halda maliyyə-mühasibat işi üzrə azı 2 il əmək stajı);
· Maliyyə-mühasibat işi üzrə bakalavr təhsili.
Peşəkar bilik və bacarıqlarına dair üstünlüklər:
· Peşəkar Mühasib Sertifikatının olması (üstünlükdür);
· Büdcə təşkilatlarında və ya dövlət sektorunda mühasibatlıq sahəsində iş təcrübəsi;
· Büdcə vəsaitlərinin uçotu və istifadəsi, maliyyə hesabatlılığı üzrə təcrübə;
Əsas vəzifə öhdəlikləri:
· Məktəbin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması;
· Əməkdaşların əməkhaqlarının, məzuniyyət haqlarının, müavinətlərin və digər ödənişlərin düzgün hesablanması və rəsmiləşdirilməsi;
· Əməkhaqqı üzrə vergi, sosial sığorta və digər qanunvericiliklə nəzərdə tutulmuş tutulmaların hesablanması və müvafiq hesabatların təqdim edilməsi;
· ƏMAS üzərindən əmək münasibətləri ilə bağlı müvafiq əməliyyatların aparılması;
· İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və uçotunun aparılması;
· Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
· Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
· Maliyyə sənədlərinin və mühasibatlıq üzrə məlumatların düzgünlüyünün təmin edilməsi;
· Maliyyə nəzarəti, audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi.
Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)
Yalnız tələblərə cavab verən namizədlərə geridönüş olunacaqdır.
Son müraciət tarixi: 24.11.2026