Baş usta vakansiyası
Əsas tələblər:
• Avtomobil sahəsində 3–5 il iş təcrübəsi (baş usta kimi təcrübə üstünlükdür)
• Avtomobillərin texniki quruluşu üzrə biliklər
• Rus dili biliyi (işgüzar səviyyədə)
• 1C proqramı üzrə biliklər
Əsas vəzifə öhdəlikləri:
• Avtomobil servisində gündəlik iş proseslərinin təşkili və idarə olunması
• Usta və mexaniklərin iş bölgüsünün aparılması və nəzarət
• Avtomobillərin diaqnostika, təmir və texniki xidmət proseslərinə nəzarət
• Təmir işlərinin keyfiyyətinə və vaxtında icrasına nəzarət
• Təhlükəsizlik və servis standartlarına riayət olunmasının təmin edilməsi
• Rəhbərliyə gündəlik / aylıq hesabatların təqdim edilməsi
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Baş usta” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.