Bayraktar Teknoloji Azərbaycan – Təcrübə Proqramı
Pilotsuz uçuş aparatları sahəsində innovativ dizaynları və yerli istehsalı ilə tanınan Bayraktar Teknoloji Azərbaycan gənc mühəndislər və tələbələr üçün geniş imkanlar təqdim edir.
Bu təcrübə proqramı sizə:
Yüksək texnologiya sahəsində real iş mühiti ilə tanışlıq
Peşəkar komandalarla birgə çalışma imkanı
Akademik biliklərinizi praktikada tətbiq etmə
Karyeranıza güclü başlanğıc etmə şansı yaradır
Əgər siz də innovasiya, mühəndislik və texnologiya sahəsində inkişaf etmək istəyirsinizsə, bu proqram sizin üçün əla fürsətdir.
Müraciət qaydası
Təcrübə proqramına müraciət yalnız rəsmi karyera portalı üzərindən qəbul edilir:
E-mail vasitəsilə müraciətlər qəbul edilmir.
Vacib məqamlar
Namizədlər yalnız bir departament üzrə müraciət edə bilər
Təcrübə növləri:
Könüllü təcrübə – şəxsi təşəbbüs ilə
Məcburi təcrübə – universitet tərəfindən tələb olunan
İmtahanda iştirak edə bilməyənlər üçün əlavə mərhələ yalnız xüsusi hallarda təşkil edilə bilər
Niyə qoşulmalısınız?
Real layihələrdə iştirak
Güclü mühəndislik komandası ilə iş
Azərbaycanın texnologiya ekosistemində yer alma fürsəti
Əlaqə: [email protected]