“Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin seçim turu başlayır!
18–24 noyabr tarixlərində ölkə üzrə “Bebras Həftəsi” keçiriləcək. Yarışma şagirdlərdə alqoritmik və hesablama təfəkkürünü inkişaf etdirmək, onların analitik və məntiqi düşünmə bacarıqlarını artırmaq məqsədi daşıyır.
“Bebras” proqramlaşdırma biliyi tələb etmədən informatika üzrə maraqlı tapşırıqların həllinə əsaslanır və onlayn formatda keçirilir, bu da ölkənin bütün bölgələrindən iştirak imkanı yaradır.
Hazırda müsabiqəyə 1000-dən çox məktəb qoşulub. Yarışma 1–10-cu sinif şagirdləri üçün açıqdır. Seçim mərhələsində uğur qazanan iştirakçılar növbəti yarımfinal və final turlarında iştirak edəcəklər.
Müsabiqə Agentliyimiz, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.
Ətraflı məlumat və qeydiyyat üçün : bebras.az