Şöbənin adı: Beynəlxalq əlaqələr şöbəsi, Xəzər Universiteti

 

Vəzifə: Şöbə müdiri

İşin təsviri:

Universitetin beynəlmilləşmə strategiyasını hazırlamaq və həyata keçirmək;

Şöbənin fəaliyyətini təşkil etmək, əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək və icrasına nəzarət etmək;

Şöbənin illik fəaliyyət planı və hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;

Rəsmi və işgüzar yazışmaların, universitetin beynəlxalq tərəfdaşları ilə danışıqların aparılmasında iştirak etmək və bu yazışmaların rəsmi protokol qaydalarına uyğun olmasını təmin etmək;

Xəzər Universitetinə əcnəbi tələbələrin cəlb edilməsi və qəbulu prosesini təşkil etmək;

Universitetin təklif etdiyi daxili və dövlət təqaüd proqramlarını idarə etmək və əlaqələndirmək;

Ölkədə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatlar və digər qurumların əməkdaşları ilə görüşlərinin təşkil olunmasında iştirak etmək;

Şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələri icra etmək.

Tələblər:

Magistr təhsili; (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu, beynəlxalq əlaqələr ixtisası üzrə ali təhsilə malik olanlara üstünlük verilir);

Müvafiq sahədə və ya vəzifənin funksiyaları nəzərə alınmaqla azı 2 il iş stajı, o cümlədən rəhbər vəzifədə və ya idarəetmə sahəsində azı 1 il iş stajı;

Komanda mühitində işləmək bacarığı;

Problem həlletmə, qərar qəbuletmə bacarığı;

Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

Dil bilikləri:

Azərbaycan dili (sərbəst);

İngilis dili (yüksək səviyyədə)

Əlavə məlumatlar

İş yerinin ünvanı: Xəzər Universiteti (Neftçilər Kampusu) Məhsəti küç. 41, AZ1096, Bakı, Azərbaycan;

İş qrafiki: Bazar ertəsi - Cümə (09:00-18:00).

Göstərilən tələblərə cavab verən namizədlərin mövzu yerində “Beynəlxalq Əlaqələr Şöbə müdiri” qeyd etməklə “CV və Cover Letter” [email protected] elektron poçt ünvanına göndərməsi xahiş olunur.

Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyənləşdiriləcək.

Yalnız tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.

Vakansiyaya son müraciət tarixi: 25 avqust 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.