Beynəlxalq Gənclər üzrə AI Müsabiqəsi elan olunur
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (ICYF-ERC) tərəfindən Beynəlxalq Gənclər üzrə AI Müsabiqəsi elan olunur. Bu müsabiqə Azərbaycanın ev sahibliyi edəcəyi World Urban Forum (WUF13) çərçivəsində təşkil edilir.
Müsabiqə ICYF-ERC, WUF13 və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Dünyanın bütün ölkələrindən olan gəncləri qlobal şəhər inkişafı müzakirələrinə öz baxışları ilə töhfə vermək üçün bu müsabiqəyə qoşulmağa dəvət edirik.
Müddət
Aprel – May 2026 (2 ay)
Format: Hibrid (onlayn + oflayn)
I mərhələ – ONLAYN
Seçilmiş 50 iştirakçı aşağıdakı imkanlardan faydalanacaq:
Generativ AI və rəqəmsal hekayəçilik üzrə təlimlər
“Gələcəyin şəhəri” mövzusunda 1 dəqiqəlik AI ilə hazırlanmış video və ya animasiya yaratmaq
II mərhələ – OFLAYN
“Voices of Cities – WUF13” mövzusunda dəyirmi masa müzakirəsi
Bakı şəhərində keçiriləcək yan tədbirdə iştirak
Mükafatlar
1-ci yer — 3000 USD
2-ci yer — 2000 USD
3-cü yer — 1000 USD
️ Qaliblərə rəsmi sertifikatlar təqdim olunacaq
️ Mükafatlandırma Bakıya səfər zamanı həyata keçiriləcək
Uyğunluq (Eligibility)
İstənilən ölkənin vətəndaşları müraciət edə bilər
Yaş həddi: 18–35
AI, rəqəmsal media, dizayn, memarlıq, ekologiya və ya əlaqəli sahələrə maraq və ya bilik
Bütün onlayn fəaliyyətlərdə iştirak imkanı
Seçim prosesi
Namizədlər aşağıdakıları təqdim etməlidir:
● Müraciət forması
● CV/Resume
● 300–350 sözlük motivasiya məktubu
Qeydiyyat linki: LİNK
Son müraciət tarixi:
5 aprel 2026