Beynəlxalq Logistika Xidmətlərinin Satışı üzrə Təcrübəçi vakansiyası

 

Vəzifə öhdəlikləri:

Logistika bazarının analizi və potensial korporativ müştəri bazasının formalaşdırılması;

Şirkətlərlə ilkin əlaqələrin qurulması (soyuq zənglər və rəsmi yazışmaların aparılması);

Müştərilərlə (şirkətlərlə) görüşlərin keçirilməsi və logistika xidmətlərinin təqdimatının aparılması;

Beynəlxalq yükdaşımaların həyata keçirilməsi və logistika əməliyyatlarına nəzarət edilməsi;

İdxal və ixrac zamanı yük sənədlərinin yoxlanılması prinsiplərinin mənimsənilməsi;

Məlumatların sistemə daxil edilməsi, müraciətlərin qeydə alınması və cavablandırılması.

 

Tələblər:

Təhsil: Ali təhsil (Universitetin sonuncu kurs bakalavr və ya magistr tələbələri müraciət edə bilər);

Dil bilikləri: Azərbaycan və İngilis dillərində səlis danışıq bacarığı (mütləqdir), Rus dili biliyi (üstünlükdür);

Yaş həddi: 21–30 yaş;

Kompüter bilikləri: MS Office və ofis proqramlarından sərbəst istifadə bacarığı;

Güclü ünsiyyət, təqdimat və ilkin əlaqə qurma bacarıqları;

Məsuliyyətli, diqqətli, öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;

Verilən tapşırıqları zamanında və dəqiqliklə icra etmək qabiliyyəti.

 

İş şəraiti:

Rahat və modern ofis mühiti;

Logistika, satış və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar təcrübə qazanmaq imkanı;

Təcrübə müddətini uğurla başa vuran namizədə daimi iş imkanı;

İş qrafiki: Həftənin 1–5-ci günləri, 09:00 – 18:00;

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu;

Əməkhaqqı: Razılaşma əsasında.

Zəhmət olmasa CV-lərinizi [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.