Gənc Avropa Səfirləri sizi Beynəlxalq Yer gününə həsr olunmuş intellektual yarışda iştirak etməyə dəvət edir. Əgər siz də biliyinizə güvənirsinizsə, qeydiyyatdan keçməyə tələsin!
18 aprel 2026-cı il tarixində Balakəndə keçiriləcək bu yarışda siz komandanızla birlikdə Yer kürəsi, ətraf mühit və maraqlı faktlarla bağlı sualları cavablandıraraq həm biliklərinizi sınayacaq, həm də maraqlı vaxt keçirəcəksiniz.
Bu təşəbbüsün məqsədi gənclər arasında ətraf mühit mövzularına marağı artırmaq, bilik mübadiləsini təşviq etmək və interaktiv öyrənmə mühiti yaratmaqdır.
Ətraflı məlumat və qeydiyyat: LİNK
Qeydiyyat üçün son tarix: 8 aprel, 2026
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.