Yeni iş axtarırsan? Özünü inkişaf etdirmək, bacarıqlarını nümayiş etdirmək və uğurlu komandaya qoşulmaq istəyirsən?
Elə isə bu fürsət sənin üçündür! Meqa Sığorta Birbaşa satış şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi vəzifələrinə işçilər axtarır!
Vəzifə öhdəlikləri:
* Müştərilərin sığortaya cəlb edilməsi məqsədilə potensial müştərilərin axtarılması və ilkin əlaqələrin yaradılması;
* Telefon zəngləri, sahə görüşləri və birbaşa təqdimatlar vasitəsilə Cəmiyyətin sığorta məhsullarının tanıdılması;
* Müştərinin ehtiyaclarının müəyyən edilməsi və uyğun sığorta məhsulları üzrə ilkin məlumatın, təkliflərin təqdim olunması;
* Satış üçün tələb olunan məlumat və sənədlərin toplanması, müqavilələrin rəsmiləşdirilməsi prosesində aidiyyəti əməkdaşlarla əməkdaşlıq;
* Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
* Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
* Müəyyən edilmiş fərdi satış planının icrası və müştərilərlə satışdan sonrakı əlaqələrin saxlanılması.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Birbaşa satış üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək