“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir!

 

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Uşaq Fondu tərəfindən yallı rəqsi üzrə “BİRLİK” layihəsinə başlanılır.

Layihənin məqsədi Bakı şəhəri və regionlar üzrə ümumi təhsil müəssisələrində musiqi və rəqs sahəsində istedadlı şagirdlərin üzə çıxarılması, onların bu istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərimizin təbliğidir.

Layihə çərçivəsində 

 10-18 mart tarixlərində seçim mərhələsi keçiriləcək. Aprel ayından etibarən yallı rəqsi üzrə hazırlıq məşqləri təşkil olunacaq.

 Final mərhələsi may ayının sonu – iyun ayının əvvəlində baş tutacaq.

Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində hər bir rayon üzrə mərkəz kimi təyin edilmiş məktəblərdə yuxarıda qeyd edilmiş tarixlərdə saat 15:00-da seçim turları təşkil olunacaq. Şagirdlər aidiyyəti rayon üzrə mərkəzə yaxınlaşıb seçim turunda iştirak edə bilərlər. 

Regionlardan qoşulmaq istəyən komandalar elektron poçt vasitəsilə müraciət edə bilərlər: [email protected]

Seçim mərhələsində qalib olmuş şagirdlər üçün peşəkar yallı məşğələləri təşkil olunacaq. Layihənin yekununda böyük qala konsertinin təşkili planlaşdırılır. 

Bakı şəhərində seçim turu keçiriləcək mərkəz məktəblər aşağıdakılardır: 

 Nəsimi rayonu – 9 nömrəli tam orta ümumtəhsil məktəbi – 10 mart 

 Xəzər rayonu – 149 nömrəli tam orta ümumtəhsil məktəbi – 11 mart 

 Suraxanı rayonu – 318 nömrəli tam orta ümumtəhsil məktəbi – 12 mart 

 Nərimanov rayonu – 202 nömrəli tam orta ümumtəhsil məktəbi – 13 mart

 Xətai rayonu – 56 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart

 Qaradağ rayonu – 228 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart 

 Pirallahı rayonu – 168 nömrəli tam orta ümumtəhsil məktəbi – 17 mart

 Sabunçu rayonu – 252 nömrəli məktəb-lisey – 17 mart

 Binəqədi rayonu – 83 nömrəli məktəb-lisey – 18 mart

 

Bu festival sadəcə bir layihə deyil 

 Bir dairə

 Bir ritm

 Bir gələcəkdir.

 

İstedadlı şagirdlərimizi böyük səhnəyə aparan yol başlayır 

Əlavə məlumat üçün: 

+994 55 428 08 85 (WhatsApp)

[email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.