Biznes analitika üzrə mütəxəssis vakansiyası
Bakı Metropoliteninin rəqəmsal həllər komandası böyüyür və sizi də yanımızda görmək istəyirik!
Əgər real layihələrdə təcrübə toplamaq və peşəkar inkişaf yolunda addımlamaq istəyirsinizsə, bu fürsəti qaçırmayın.
Sizi hansı öhdəliklər gözləyir?
Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi
Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması (BPMN, UML)
Sifarişçilər, tərtibatçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq
Məlumatların təhlili, problemlərin aşkarlanması və həlli üçün təkliflərin hazırlanması
IT həllərinin sınaqdan keçirilməsi və tətbiqində iştirak
Texniki tapşırıqların, istifadəçi sənədlərinin və hesabatların hazırlanması
Namizədlərdən tələblərimiz:
Biznes analitik və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi
Biznes proseslərinin modelləşdirilməsi notasiya bilikləri (BPMN, UML)
“MS Visio”, “Bizagi”, “Aris” və ya analoji alətlərdə işləmə bacarığı
“MS Excel”, “Word”, “PowerPoint”də yüksək səviyyəli biliklər
“Jira”, “Confluence” və digər layihə idarəetmə sistemləri ilə işləmə təcrübəsi
Analitik düşüncə və məlumatları strukturlaşdırmaq bacarığı
Güclü kommunikasiya, təqdimat və komandada işləmə bacarıqları
İngilis dili biliyi – minimum “Intermediate” səviyyəsi
Sizə üstünlük qazandıracaq bacarıqlar
Agile/Scrum metodologiyaları üzrə təcrübəsi olanlar
BI alətləri (Tableau, Power BI) ilə işləmə bacarığı olanlar
SQL üzrə biliklər
Nəqliyyat sahəsində iş təcrübəsinə malik olanlar
Metropoliten sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti
Peşəkar komandada inkişaf və karyera imkanları
Əmək bazarına uyğun rəqabətli əməkhaqqı
Metropolitendən ödənişsiz istifadə imkanı
Güzəştli nahar təminatı
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı
Psixoloji dəstək xidməti
Müraciət üçün:
Bakı Metropoliteninin [email protected] e-mail ünvanına mövzu hissəsində "Biznes analitik" qeyd etməklə CV göndərin.
Son qeydiyyat tarixi: 29 sentyabr 2025-ci il