Bölgələr üzrə "İcraçılarla İş Şöbəsinə Mütəxəssis" axtarılır:
İşin təsviri:
1. Məhkəmə orqanlarının qüvvəyə minmiş qərarlarının icrası ilə bağlı icra orqanlarında şirkətin adından çıxış etmək, zəruri hallarda sorğular vermək
2. İcraatında olan icra işinin gedişatına nəzarət etmək, o cümlədən aylıq ödənişlərə nəzarət etmək, portfel üzrə hədəf qoyulmuş aylıq ödənişləri təmin etmək, lazım olan məktub və sorğuları hazırlamaq, borclularla mütəmadi əlaqə saxlamaq
3. Borclularla bağlı qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirlərinin icrasına nəzarət və icrasını tələb etmək.
Tələblər:
•Ali Təhsil
• Yaş: 25- 45 yaş arası;
• Cinsi: Kişi;
• Azərbaycan dili səlis, rus dilini bilməsi arzuolunandır;
• Problemli kreditlər və məhkəmə icra orqanları ilə minimum iş təcrübəsi
• Komandada və borclularla işləmək bacarıqları;
• Analitik zəkalı, məntiqi və riyazi hesablama aparmaq bacarıqları;
• Güclü kommunikasiya bacarıqları;
• İşdə dəqiqlik və detallara fikir vermə bacarıqları;
• Bank və ya bank olmayan kredit təşkilatında (problemli kredit mütəxəssisi və icraçılarla iş şöbəsinin mütəxəssisi vəzifəsində) iş təcrübəsi arzuolunandır
İş qrafiki: 5 günlük iş həftəsi.
İş saatı: 10:00 – 19:00.