Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Boa Agency -  Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis

Baş ofisdəki (Bakı filialındakı) komandamızı böyütdüyümüz üçün “Boa Agency” ASC yeni əməkdaşlar axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;

Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;

Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;

Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;

Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;

Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.

Vakant vəzifə üzrə tələblər:

Ali təhsil

Universiteti bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;

Office proqramlarında işləmək bacarığı;

Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.

Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;

Müştərilərlə davranış etikası.

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

 

İş şəraiti:

Əmək haqqı – 400 azn (+1000 manata qədər və daha çox bonus imkanı və loyallıq proqramına əsasən mükafat)

İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);

Şənbə və bazar istirahət;

Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;

Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;

Əmək haqqına mükafat və əlavə bonuslar;

İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;

Korporativ nömrəylə təmin edilmə;

Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;

Karyera və inkişaf perspektivləri; 

Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

 

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

 

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.