BSU-da vakansiya!

 

 Bakı Slavyan Universiteti Elmi Şuranın Katibliyinin mütəxəssisi vakansiyasını elan edir!

 

Vəzifə öhdəlikləri:

• Elmi katibliyə aid sənədlərin hazırlanmasını həyata keçirir;

• Elmi Şuranın iclaslarının təşkili ilə bağlı təşkilati işləri həyata keçirir;

• Elmi Şurada qəbul olunan qərarlarla bağlı şuranın protokollarından çıxarışların hazırlanmasında iştirak edir;

• Elmi adların verilməsi ilə bağlı müsabiqədən keçmiş əməkdaşların sənədlərinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilməsi üçün hazırlanmasına dəstək göstərir və bu prosesi elmi katiblə koordinasiya edir.

 

 Namizəd üçün tələblər:

• Ali təhsil;

• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

• Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı;

• Kompüter bilikləri;

• Azərbaycan dilində səlis danışıq bacarığı.

 

 İş şəraiti:

• İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)

• Əməkhaqqı: Ştat cədvəlinə uyğun

 

Son müraciət tarixi: 19.03.2026

 Müraciət qaydası:

CV-lər Azərbaycan dilində hazırlanaraq mövzu hissəsində “Mütəxəssis” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 Qeyd: Vakansiyanın tələblərinə cavab verən namizəd qismən ödənişli sosial məzuniyyətdə olan mütəxəssisin yerinə müvəqqəti olaraq işə götürüləcəkdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.