BSU-da vakansiya!

 

Bakı Slavyan Universiteti (BSU)  Beynəlxalq əlaqələr üzrə  prorektorun referenti üzrə vakansiya elan edir!

 

Vəzifə öhdəlikləri:

- Prorektorun iş qrafikinin və görüşlərinin təşkili;

-Beynəlxalq tərəfdaşlarla rəsmi yazışmaların hazırlanması və koordinasiyası;

- Görüşlərin, tədbirlərin və xarici nümayəndə heyətlərinin qəbulunun təşkilinə dəstək;

- Beynəlxalq əməkdaşlıqla bağlı sənədlərin hazırlanması və sənəd dövriyyəsinin aparılması;

- prorektor üçün məlumat, arayış və hesabatların hazırlanmasında iştirak etmək;

-Universitetin struktur bölmələri və xarici tərəfdaşlarla kommunikasiya və koordinasiyanın təmin edilməsi;

- Ezamiyyət və beynəlxalq tədbirlərlə bağlı təşkilati işlərin icrası.

 

 Namizəd üçün tələblər:

- Ali təhsil;

- Müvafiq sahədə ən azı 1  illik iş təcrübəsi;

- Məsuliyyətli, operativ, komanda ilə işləmək bacarığına malik olmaq;

- Kompüter bilikləri;

- Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək.

 

 

 İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 - 18:00

 Əməkhaqqı: Ştat cədvəlinə uyğun;

 Son müraciət tarixi: 19.03.2026

 Müraciət:  CV-lər Azərbaycan dilində “referent” qeyd olunaraq  [email protected] ünvanına göndərilməlidir.

 Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.