BSU-da vakansiya!
Bakı Slavyan Universiteti (BSU) Türk Dünyası Araşdırmalar mərkəzinin müdiri vəzifəsi üzrə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
- Türk dünyasının tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və siyasəti üzrə elmi araşdırmalar aparmaq;
- Elmi məqalələr, monoqrafiyalar və hesabatlar hazırlamaq;
- Seminarlar, mühazirələr və konfranslar təşkil etmək;
- Tələbələrin təlimlərdə iştirakını təmin etmək;
- Türk dünyasına daxil olan ölkələrin universitetləri ilə əməkdaşlıq yaratmaq;
-Türk dünyası ilə bağlı məlumat bazası və kitabxana fondları yaratmaq;
- Elektron resurslar və arxivlər formalaşdırmaq.
Namizəd üçün tələblər:
- Ali təhsil bakalavr və magistr dərəcəsi;
- Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
- Məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığına malik olmaq;
- Kompüter bilikləri.
İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
Əmək haqqı: Ştat cədvəlinə uyğun;
Son müraciət tarixi: 10.04.2026
Müraciət: CV-lər Azərbaycan dilində “mərkəz müdiri” qeyd olunaraq
[email protected] ünvanına göndərilməlidir.
Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Universitetin əməkdaşlarına üstünlük veriləcək.