BSU-da vakansiya!
Bakı Slavyan Universitetinin Yüksək Təhsil Mərkəzinə baş mütəxəssis vəzifəsinə vakansiya elan edilir!
Vəzifə öhdəlikləri:
- Yüksək Təhsil Mərkəzinin fəaliyyət istiqamətləri üzrə sənədləşmə və təşkilati işlərin həyata keçirilməsi;
- Magistratura, doktorantura və əlavə təhsil üzrə proseslərin koordinasiyasında iştirakı;
- Tədris və elmi fəaliyyətlə bağlı hesabatların, arayışların və məlumat bazalarının hazırlanması;
- Təhsil proqramları, layihələr, seminar və elmi tədbirlərin təşkilində iştirakı;
- Elektron sənəd dövriyyəsi və məlumat sistemləri ilə işin aparılması;
- Təhsilalanların müraciətlərinin cavablandırılması və məlumatlandırılması;
- Tədris prosesinə dair statistik məlumatların təhlili və təqdim olunması;
Namizəd üçün tələblər:
Ali təhsil;
Təhsil sahəsində minimum 2 il iş təcrübəsi;
MS Office proqram bilikləri;
Rəsmi sənədlərlə iş, işgüzar yazışma və hesabat hazırlamaq bacarığı;
Komandada işləmək və yüksək kommunikasiya bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00;
- Əmək haqqı: ştat cədvəlinə uyğun;
Qeyd: CV-lər azərbaycan dilində, mövzu qismində “Baş mütəxəssis” qeyd olunaraq 26.05.2026-cı il tarixinədək “[email protected]” ünvanına göndərilməlidir. Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.