BSU-da vakansiya!

 

Bakı Slavyan Universiteti Strategiya və Keyfiyyət təminatı şöbəsinə Strateji İnkişaf Planının (SİP) icrası üzrə koordinator vəzifəsinə vakansiya elan edir!

 

Vəzifə öhdəlikləri:

• Universitetin Strateji İnkişaf Planının hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi prosesinin koordinasiyasını həyata keçirmək.

• ⁠Strateji göstəricilər (KPI-lər) üzrə məlumatların struktur bölmələrdən toplanmasını, sistemləşdirilməsini və təhlilini təmin etmək.

• ⁠İcra prosesində yaranan riskləri və gecikmələri müəyyən etmək, onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq.

 

Namizəd üçün tələblər:

• Ali təhsil (təhsilin idarə olunması, iqtisadiyyat, layihələrin idarə olunması və ya digər uyğun ixtisaslar üzrə magistr dərəcəsinə üstünlük verilir).

• Məlumatların toplanması, təhlili və nəticələr əsasında qərarvermə üçün tövsiyələrin hazırlanması bacarığı.

• Güclü analitik və sistemli düşünmə qabiliyyəti.

• MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı.

 

• İş qrafiki: 5 günlük iş həftəsi, 09-00 – 18-00;

• Əmək haqqı: Ştat cədvəlinə uyğun.

 

Qeyd: Yalnız vakansiyanın və müvafiq profilin tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bakı Slavyan Universitetinin məzunlarına üstünlük veriləcəkdir. CV-lər azərbaycan dilində, mövzu qismində “SİP-in icrası üzrə koordinator” qeyd olunaraq  [email protected] ünvanına göndərilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.