BSU-da yeni vakansiya

 

Bakı Slavyan Universiteti (BSU) Rəqəmsallaşma və Keyfiyyət təminatı mərkəzinin müdiri vəzifəsinə vakansiya elan edir.

 

Namizədə olan tələblər:

− Universitet fəaliyyətinin, tədrisin keyfiyyətinin artırılması istiqamətində daxili monitorinqin və analitik təhlilin effektiv şəkildə təşkil edilməsi və proseslərə nəzarət edilməsi istiqamətində işlərin icra edilməsi;

− Beynəlxalq və milli keyfiyyət təminatı standartlarına uyğun olaraq daxili siyasət və prosedurların, meyarların hazırlanması və tətbiq edilməsi;

− Bütün istiqamətlər üzrə sorğuların təşkili və təhlili;

− Universitetin beynəlxalq reytinqlərdə (QS, THE, Webometrics və s.) mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlaması və icrası;

− Keyfiyyət təminatı üzrə daxili auditlərin həyata keçirilməsi;

− Universitetin akkreditasiya proseslərinə rəhbərlik etmək və müvafiq hesabatlar hazırlamaq.

 

 Vəzifə öhdəlikləri:

− Ali təhsil (magistr və ya doktorantura dərəcəsi üstünlükdür);

− Təhsildə keyfiyyət təminatı üzrə ən azı 2 il iş təcrübəsi;

− Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;

− Analitik düşüncə və problem həll etmə bacarığı;

− Güclü təşkilatçılıq və liderlik qabiliyyəti;

− Monitorinq və qiymətləndirmə bacarığı;

-Azərbaycan və ingilis dillərini sərbəst şəkildə bilmək (rus dili üstünlükdür).

 

 İş şərtlərimiz:

- İş qrafiki: Tam iş günü (5gün)

- İş saatları: 09:00-18:00, 13:00-14:00  nahar fasiləsi.

- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

 

 Müraciət qaydası: CV-lər Azərbaycan dilində, mövzu hissəsində “Rəqəmsallaşma və Keyfiyyətin təminatı Mərkəzi ” qeyd olunaraq 27.10.2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

 

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.