Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birinə Büdcə planlaşdırılması üzrə Aparıcı mütəxəssis vəzifəsinə yeni namizəd axtarılır.

 

Vəzifə öhdəlikləri: 

·      ETN tabe qurum və müəssisələrinin xərclər smetasının (həmçinin büdcədənkənar) hazırlanması və dürüstləşdirilməsində iştirak etmək

·      Sektora daxil olan ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxmaq 

·      Kargüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasına əməl etmək 

·      Rəhbərliyin digər xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək

Tələblər:

·       Ali təhsil: İqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsil; 

·       İş təcrübəsi: Büdcə və maliyyə hesabatlarının hazırlanması üzrə minimum 2-3 il iş stajı; 

·       Peşəkar bacarıqlar: Büdcə planlaşdırılması, maliyyə sənədləri ilə işləmə və analitik düşünmə bacarığı;

·       Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis dili – A2 səviyyəsində, Rus dili – A2 səviyyəsində biliklər;

·       Kompüter bilikləri: MS Excel proqram təminatından yaxşı səviyyədə və statistik proqramlardan (R, SAS, SPSS və s.) hər hansı birindən səlis istifadə bacarığı.

 Son müraciət tarixi: 27.01.2026

 İş qrafiki: 5 günlük (09:00–18:00)

 Müraciət forması: CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə və ya birbaşa LinkedIn üzərindən mənimlə bölüşə bilərsiniz.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.