Rossmann Azerbaijan olaraq Komandamıza “Büdcə və xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” axtarışındayıq! Göstərilən vakansiya üzrə tələblər və təminatlar aşağıdakı kimidir:
Vəzifə öhdəlikləri:
· Təsdiq olunmuş büdcənin icrasını mütəmadi monitorinq etmək, xərclər üzrə maliyyə intizamına riayət olunmasını təmin etmək;
· Ödənişlərdən əvvəl maliyyə nəzarətini həyata keçirmək, ödənişlərin DoA (Delegation of Authority) və büdcə çərçivəsinə uyğunluğunu yoxlamaq;
· Faktiki xərclərlə planlaşdırılmış büdcə arasında variance analizi aparmaq, yaranan fərqlərin səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbir təklifləri vermək;
· Xərc mərkəzləri üzrə müəyyən edilmiş limitlərin istifadəsini izləmək, risk yarandıqda vaxtında xəbərdarlıq və məlumatlandırma aparmaq;
· Aylıq büdcə icrası üzrə hesabatlar hazırlamaq, kritik kənarlaşmalarla bağlı eskalasiya etmək və rəhbərliyə təqdim etmək;
· Büdcə və xərclərə nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə mövcud nəzarət mexanizmlərini təhlil etmək və inkişaf təklifləri irəli sürmək;
· Büdcə və xərclərə nəzarət üzrə daxili və xarici auditlər zamanı tələb olunan məlumatları və sənədləri hazırlamaq və təqdim etmək;
Namizədə tələblər:
· Ali təhsil(Maliyyə, mühasibatlılıq).
· Maliyyə, büdcə planlaşdırılması və ya xərclərə nəzarət sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi.
· Yaxşı səviyyədə MS Excel biliyi olmalı
· Analitik düşüncə, Komandada işləmək bacarığı.
· Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.
Digər məlumatlar:
· Nahar və servis ilə təmin edilmə
· Əmək bazarına uyğun rəqabətli əmək haqqı
· 5 günlük tam iş qrafiki
· Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Büdcə və xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər