Araz Supermarketlər Şəbəkəsi "Büdcəyə nəzarət üzrə maliyyə analitiki" vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər :
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və İqtisadiyyat üzrə);
- Yaxşı səviyyədə MS Office bilikləri (Excel əla səviyyədə);
- Dil bilikləri (İngilis dili- yaxşı);
- Diqqətlilik, məsuliyyət, strukturlaşdırılmış və sistemli yanaşma;
- SAP və ya oxşar ERP sistemində iş təcrübəsi (üstünlükdür).
Vəzifə öhdəlikləri :
-Büdcə kontrolu, planlaşdırılması və reallaşmasının aylıq / rüblük / illik nəzarətdə saxlanılması;
-Büdcə vs fakt (actual vs plan) analizlərinin aparılması, fərqlərin, səbəblərin təhlili və hesabatların (gündəlik/aylıq/rüblük/ illik) hazırlanması;
-ERP sistemində master-data ilə bağlı əməliyyatlarn aparılması, düzgünlüyünün təmin edilməsi.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Büdcəyə nəzarət üzrə maliyyə analitiki” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.