Vakansiya:“Çağrı mərkəzinin operatoru” Əmək haqqı: 700-800 AZN İş barədə məlumat: • Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması; • Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi; • Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi; • Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə işlənilməsi: Namizədə tələblər:
• Ali və orta təhsil; • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi; • Dil bilikləri: Azərbaycan dili və rus dilləri (səlis); • Kompüter bilikləri: MS ofis (Word,Excel); • Bakı şəhəri və regionları üzrə ərazi biliyi; • Müştəriyönümlü satış bacarığı; • Effektiv ünsiyyət bacarığı; • Aydın və səlis danışıq qabiliyyəti. İş şəraiti: • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; • İş qrafiki:həftə ərzində 40 saatdan çox olmayan növbəli iş rejimi; • Karyerada inkişaf imkanları. Müraciət etmək istəyən namizədlər CV formalarını[email protected]mail ünvanına mövzu hissəsinə “Çağrı Mərkəzinin operatoru” qeyd edərək göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.