Meqa Sığorta Sizi Çağrı Mərkəzinin operatoru vakansiyası üzrə çalışmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
Gələn zəngləri vaxtında və peşəkar şəkildə cavablandırmaq;
Müştərilərin sorğularına cavab vermək və dəqiq məlumat təqdim etmək;
Şikayətləri dinləmək, ilkin həllər təklif etmək və müvafiq şöbələrə yönləndirmək;
Sığorta məhsulları və xidmətləri haqqında ətraflı və dəqiq məlumat vermək;
Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək göstərmək;
CRM sistemində müştəri məlumatlarını qeydiyyata almaq və yeniləmək.
Namizədə olan tələblər:
Təhsil: Ali və ya orta ixtisas təhsili;
İş təcrübəsi: Tələb edilmir;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
Dəqiq və məsuliyyətli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
İş şərtləri:
Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə;
İş vaxtı: Növbəli qrafik əsasında 40 saat olmaqla 6 günlük iş həftəsi;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19a.
İmtiyazlar:
Karyera və peşəkar inkişaf üçün imkanlar;
Peşəkar komandada işləmək imkanı;
Tibbi sığorta təminatı;
Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
"Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Operator” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.