“Azerbaijan Ground Services” MMC vakansiya elan edir!
“Azerbaijan Ground Services” MMC Texniki müayinənin təşkili şöbəsinə “Çağrı mərkəzinin operatoru” vəzifəsinə işçi qəbulu elan edir!
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinə müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması
- Aidiyyətı üzrə yönləndirmə və əlaqələndirilmə
- Daxil olan zənglərin cədvəl üzrə qeydiyyatı, hesabat hazırlanması
- Texniki servis və satış üzrə müştəri bazasındakı müştərilərə zənglərin edilməsi
- Çağrı mərkəzinin operatoru salahiyyətləri çərçivəsində müştərilərə yüksək səviyyəli xidmət göstərmək
- Çağrı mərkəzinə gələn təkliflərin və şikayətlərin qəbul edilməsi
- Rəhbərlik tərəfindən verilən digər əməliyyatların yerinə yetirilməsi
Namizədə tələblər
- Azərbaycan dilində səlis danışıq (rus və ingilis dilləri arzuolunandır)
- Ali təhsil
- Sahə üzrə 1 ildən artıq iş təcrübəsi
- Məsuliyyətli, dəqiq və kollektivlə işləmə bacarığı
- Müştəri ilə mehriban və səlis ünsiyyət qurma bacarığı
- Düzgün və aydın nitq qabiliyyəti
- Ofis proqramları Word,Excell (sərbəst işləmək)
- Ofis avadanlıqlarında sərbəst işləmə
İş qrafiki:
- 09:00 - 18:00 (həftə içi 5 gün)
- Nahar fasiləsi: 13:00 - 14:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
- İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Mövcud vakansiya ilə maraqlanan namizədlər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər.
Müraciət üçün son tarix 15 sentyabr 2025 - ci il