Vakansiya: Call Center,

 

SUPERTOYS LLC komandamıza müştərilərlə telefon və WhatsApp vasitəsilə ünsiyyət quracaq, Azərbaycan və rus dillərində sərbəst danışan Call Center əməkdaşı axtarırıq.

 

Vəzifə öhdəlikləri

•        Daxil olan telefon zənglərini qəbul etmək və müştərilərin suallarını cavablandırmaq; 

•        WhatsApp üzərindən daxil olan müştəri müraciətlərini operativ şəkildə cavablandırmaq; 

•        Məhsullar, qiymətlər, kampaniyalar, filiallar və xidmətlər haqqında müştərilərə ətraflı məlumat vermək; 

•        Müştərilərin müraciətlərini dinləmək və aidiyyəti şöbələrə düzgün şəkildə yönləndirmək; 

•        Müştərilərə məhsul seçimi ilə bağlı dəstək göstərmək; 

•        WhatsApp və telefon vasitəsilə onlayn satış həyata keçirmək; 

•        Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun məhsul və alternativlər təklif etmək; 

•        Sifarişləri qəbul etmək, düzgün şəkildə rəsmiləşdirmək və aidiyyəti üzrə yönləndirmək; 

•        Çatdırılma, ödəniş və sifariş prosesi ilə bağlı müştəriləri məlumatlandırmaq; 

•        Müştəri şikayət və təkliflərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək; 

•        Müştəri müraciətlərinin sistemdə düzgün qeydiyyata alınmasını təmin etmək; 

•        Şirkətin müştəri xidməti və kommunikasiya standartlarına riayət etmək. 

•        

Namizədə tələblər

•        Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; 

•        Səlis, aydın və nəzakətli danışıq qabiliyyəti; 

•        Güclü kommunikasiya və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı; 

•        Satış və müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır; 

•        3CX proqram biliyi üstünlükdür;

•        Məsuliyyətli, diqqətli və operativ olmaq; 

•        Satış yönümlü düşüncə və nəticəyə fokuslanmaq; 

         Komanda ilə işləmək bacarığı.

 

Müraciət üçün CV-lərinizi mövzu hissəsində vəzifə adını “Call Center ” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.