Vakansiya: Call Center

 

 

SUPERTOYS LLC komandamıza müştərilərlə telefon və WhatsApp vasitəsilə ünsiyyət quracaq, Azərbaycan və rus dillərində sərbəst danışan Call Center əməkdaşı axtarırıq.

 

Vəzifə öhdəlikləri

• Daxil olan telefon zənglərini qəbul etmək və müştərilərin suallarını cavablandırmaq; 

• WhatsApp üzərindən daxil olan müştəri müraciətlərini operativ şəkildə cavablandırmaq; 

• Məhsullar, qiymətlər, kampaniyalar, filiallar və xidmətlər haqqında müştərilərə ətraflı məlumat vermək; 

• Müştərilərin müraciətlərini dinləmək və aidiyyəti şöbələrə düzgün şəkildə yönləndirmək; 

• Müştərilərə məhsul seçimi ilə bağlı dəstək göstərmək;

• WhatsApp və telefon vasitəsilə onlayn satış həyata keçirmək; 

• Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun məhsul və alternativlər təklif etmək; 

• Sifarişləri qəbul etmək, düzgün şəkildə rəsmiləşdirmək və aidiyyəti üzrə yönləndirmək; 

• Çatdırılma, ödəniş və sifariş prosesi ilə bağlı müştəriləri məlumatlandırmaq; 

• Müştəri şikayət və təkliflərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək; 

• Müştəri müraciətlərinin sistemdə düzgün qeydiyyata alınmasını təmin etmək; 

• Şirkətin müştəri xidməti və kommunikasiya standartlarına riayət etmək. 

 

Namizədə tələblər

• Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; 

• Səlis, aydın və nəzakətli danışıq qabiliyyəti; 

• Güclü kommunikasiya və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı; 

• Satış və müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır; 

• 3CX proqram biliyi üstünlükdür;

• Məsuliyyətli, diqqətli və operativ olmaq; 

• Satış yönümlü düşüncə və nəticəyə fokuslanmaq; 

 Komanda ilə işləmək bacarığı.

 

Əmək haqqı; 500 Azn + bonus

 

Müraciət üçün CV-lərinizi mövzu hissəsində vəzifə adını “Call Center ” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.