Sentyabrın 24-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda keçiriləcək “Cənubi Qafqazda ərazi-sərhəd dəyişiklikləri: tarix və müasirlik” mövzusunda respublika elmi konfransına məqalə qəbulu davam edir. İnstitutdanAZƏRTAC-a bildirilib ki, konfrans XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi və ərazi dəyişiklikləri, 1918-1920-ci illərdə Cənubi Qafqazda ərazi-sərhəd məsələləri
və Ermənistanın yaradılması, sovet dövründə ərazi-sərhəd məsələləri, 1991-ci ildən sonra Cənubi Qafqazda ərazi işğalları və nəticələri bölmələrini əhatə edəcək. Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-də[email protected]ünvanına göndərə bilərlər. Konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında müəlliflər sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul və dərc ediləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.