ASA-nın növbəti vebinarı Gülnar Nəcəfovanın təqdimatında “CERN-də təcrübə və layihələrin hazırlanması” mövzusunda olacaqdır. Vebinarda müzakirə olunacaq mövzular:
  • CERN-dəki iki təcrübə proqramı, onlara olan tələbat
  • Qəbul şərtləri
  • CERN 2020 remote layihə
  • HLS4ML layihəsi
  • CERN SSP 2020
Vebinar Azərbaycan Elm AssosiasiyasınınFacebook səhifəsi üzərindən 6 avqust 20:00-dan etibarən canlı yayımlanacaq. Təqdimat�
�ı haqqında
Gülnar Nəcəfova 2017-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültəsini uğurla bitirmişdir. 2017-2020-ci illərdə Bakı Dövlət Universitetində “Kompüter elmləri” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Proqramlaşdırma sahəsində 4 ilə yaxın təcrübəsi vardır. Bu illər ərzində Summer@EPFL, CERN Summer Student Program, Tech Academy, Grace Hopper Celebration kimi təqaüdləri və təcrübə proqramlarını qazanmışdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.