Rossmann Azerbaijan olaraq Komandamıza “Daşınmaz Əmlak Bölmə Müdiri” axtarışındayıq! Göstərilən vakansiya üzrə tələblər və təminatlar aşağıdakı kimidir:

 

Daşınmaz Əmlak Bölmə Müdiri

 

Vəzifə öhdəlikləri:

- Yeni açılacaq mağazalar üçün əmlakların tapılması istiqamətində tabeliyində olan əməkdaşlara şirkətin tələbatlarına uyğun zaman və şərtlər əsasında tapşırıqlar vermək;

- İş və ərazilər üzrə bölgülər aparmaq;

- Əmlaklar haqqında əldə edilmiş ilkin məlumatların təhlili qiymətləndirilməsi və araşdırılmasını təmin etmək;

- Rəhbərliyin iştirakı ilə əmlaka baxış keçirmək;

- Əmlakların dəyərini təyin etmək üçün müqayisəli bazar təhlilini aparmaq;

- Sahibkarlarla razılaşma prossesində  dövlət qanunvericiliyinə uyğun formada  müqavilə tərtib edilməsi üçün müvafiq strukturlara məlumat vermək;

- Yerinə yetirilən işlər haqqında rəhbərliyə hesabat vermək;

- Ehtiyac duyulan təhlillər və hesabatların hazırlanması ürzə fəaliyyətləri təmin etmək;

- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.

 

Namizədə tələblər: 

- İş təcrübəsi: minimum 1-3 il;

- MS Office bilikləri;

- Komanda ilə işləmə bacarığı,liderlik xüsusiyyətləri;

- Digər qeydlər: Şəxsi avtomobil mütləqdir;

 

Təminatlar:

- Nahar ilə təmin edilmə;

- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

- 5 günlük iş qrafiki;

- Nəqliyyat xərclərinin qarşılanması;

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Daşınmaz Əmlak Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.